DEPUTAT ŞƏRH ETDİ : Ölkəmizdə insan alverinə qarşı ciddi mübarizə üsulları var
“Milli Məclis insan alverinə qarşı mübarizə haqqında qanunu qəbul etdi. Ölkə başçısı İlham Əliyev həmin qanunu təsdiq etdi və sərəncam imzaladı”.
“Turanın səsi” xəbər verir ki , bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.
O qeyd edib ki, ölkəmizdə bu sahə ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi məşğuldur və kifayət qədər ölkəmizdə insan alverinə qarşı mübarizə haqqında qanunlar, hüquqi aktlar mövcuddur. Əsasən bu sahə ilə bağlı kiçik videoçarxlar, filmlər hazırlanır.
Burada əsasən maarifləndirmə işləri aparılmaqdadır. Xüsusilə də gənclər arasında bu sahə ilə bağlı maarifləndirmə işləri həyata keçirilməlidir. Dünya praktikası göstərir ki, bu sahədə risk altında olan insanlar gənclərdir. 16-30 yaş aralığında olan insanlar daha çox qurban kimi seçilir. Bu şəxslərin savadında, psixologiyasında problemlər varsa əgər onlar bu risk altına düşə bilərlər. Həm orta məktəblərdə, həm kolleclərdə, həm də universitetlərdə təşkilatlar maarifləndirici tədbirlərin keçirilməsini daha da artırmalıdırlar. Çünki bir insan qurbana çevrildikdən sonra onun psixoloji vəziyyətinin normala çevrilməsi üçün müəyyən qədər vaxt olmalıdır. Ölkəmizdə bu sahə ilə bağlı ciddi mübarizə üsulları var və üsullar öz effektini verməyə başlayıb. Ümumiyyətlə hər birimiz, dövlət, qeyri-hökumət təşkilatları bu mövzu ilə bağlı aktivliyini artırmalıdır.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09