Elmi-tədqiqat institutlarının direktorları SAF 2022-də

Dekabrın 7-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə SAF 2022 – Beynəlxalq STEAM Azərbaycan Festivalı davam edir.

Turanın səsi” nə mətbuat xidmətindən verilən məlumata görə Festivalın üçüncü günündə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Elm və Təhsil Nazirliyinin elmi-tədqiqat institutlarının direktorları, bir sıra qeyri-hökumət təşkilatlarının (QHT) rəhbərləri Bakı Ekspo Mərkəzini ziyarət ediblər.

Qonaqlar festival çərçivəsində keçirilən yarışların gedişatı ilə tanış olub, iştirakçılara uğurlar arzulayıblar.

“İnnovativ layihələr” sərgisi ilə yaxından tanış olan qonaqlara festival barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, festivalda iştirak üçün 127 əcnəbi şagird ölkəmizə səfər edib. Onlar Böyük Britaniya, İsveç, Türkiyə, Türkmənistan, Estoniya, Özbəkistan və Qazaxıstanı təmsil edirlər. Yarışlarda komanda fəaliyyətinin qiymətləndirilməsi məqsədilə Fransa, İsrail, Norveç, Çin və Türkiyədən mütəxəssislər münsif olaraq dəvət edilib.

Qeyd edək ki, festival dekabrın 9-dək davam edəcək.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir