Gömrük Komitəsində yeni təyinat: Generalı o əvəz etdi

Dövlət Gömrük Komitəsində yeni təyinat olub.
“turaninsesi.az” xəbər verir ki, bununla bağlı DGK sədri Şahin Bağırov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, gömrük xidməti polkovniki Ülvi Zülfüqarov Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi təyin edilib.
Bu təyinatadək o, Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin rəisi vəzifəsində çalışıb.
Bundan əvvəl həmin vəzifədə gömrük xidməti general-mayoru Güloğlan Muradlı olub. G.Muradlı Prezidentin 13 fevral 2025-ci il tarixli müvafiq Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI