İranlı deputatlar Azərbaycanla sərhəddə monitorinq apardı

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvləri ölkənin şimal-qərbindəki sərhəd bölgələrinə səfər ediblər.
“turaninsesi.az” IRIB-ə istinadla xəbər verir ki, onlara mövcud vəziyyət, ehtiyaclar və boşluqlarla bağlı lazımi izahatlar verilib.
Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvlərini XİN rəsmiləri, babelə İranın Azərbaycan Respublikasındakı səfiri Müctəba Dəmirçilu da müşayiət edib.
Bu səfərdə inzibati ərazilərin məsul şəxsləri, ordu və sərhəd qoşunları komandirləri monitorinqlərdə iştirak edib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI