Zelenski sülh müqabilində Donbas ərazisini Rusiyaya verməkdən imtina etdi

Ukrayna Prezidenti Volodimir Zelenski sülh müqabilində Donbasın bütün ərazisini Rusiyaya verməkdən imtina edib.
“turaninsesi.az” xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Mənbənin məlumatına görə, ABŞ prezidenti Donald Tramp şənbə günü Vladimir Putinlə görüşündən sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığında bəyan edib ki, Kiyev Moskva ilə müharibəni başa çatdırmaq üçün razılaşma əldə etməlidir.
Tramp bildirib ki, Rusiya lideri cəbhə xəttinin böyük hissəsini dondurmağı təklif edib, əvəzində isə Ukrayna qüvvələri Donetsk vilayətini verməlidir.
“Zelenski isə bu tələbi rədd edib”, – agentlik mənbəyə istinadla yazır.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI