Bazar ertəsi Pezeşkian İrəvana gedəcək

İran Prezident Aparatının siyasi məsələlər üzrə müdir müavini Mehdi Sənayi Məsud Pezekianın Ermənistan və Belarusa səfər edəcəyini açıqlayıb.

turaninsesi.az” xəbər verir ki, o, X sosial şəbəkəsindəki hesabında bu barədə məlumat yayıb.

Sənayinin sözlərinə görə, İran prezidenti avqustun 18-i, axşam İrəvana yollanacaq. 

2 günlük səfərdən sonra Məsud Pezeşkian Belarusa gedəcək.

Eyni müddətli səfərlərdə iki ölkə arasında xüsusilə iqtisadi-ticari sahədə əlaqələrin gücləndirilməsinə dair sənədlərin imzalanması əsas məqsədlərdir.

İran prezident sentyabrda Şanxay Sammitində iştirak etmək üçün Çinə də dəvət olunub.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI