Ağdamda 2 ton yabanı çətənə bitkisi məhv edilib

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2025” planına uyğun olaraq tədbir keçirilib.

Bu barədə “turaninsesi.az” – a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

Tədbir zamanı Xaçındərbənd kəndi ərazisində yabanı halda bitən çəkisi 2 ton olan 1560 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.