“General-leytenant” hərbi rütbəsi verilən DSX hərbçisi kimdir?

Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Dövlət Sərhəd Xidmətinin (DSX) general-mayoru Babək Qurbanova “general-leytenant” hərbi rütbəsi verilib.
“turaninsesi.az” DSX hərbçisinin tərcümeyi-halını təqdim edir:
Babək Vahid oğlu Qurbanov 19 iyul 1982-ci ildə Şahbuz rayonunda anadan olub.
O, Dövlət Sərhəd Xidmətinin Mərkəzi Aparatının Rəhbəri, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanıdır.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Babək Qurbanova “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.
Prezident İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif oluub.
Digər təltifləri:
24 dekabr 2020-ci il — “Cəbrayılın azad olunmasına görə” medalı;
25 dekabr 2020-ci il — “Zəngilanın azad olunmasına görə” medalı.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI