FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Bu gün səhər 08:00 radələrində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Abşeron Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Turanın səsi” nə FHN-ın mətbuat xidmətindən verilən məlumata görə , hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı yeddimərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 67m² olan ikiotaqlı mənzilin eyvanında ilkin ehtimala görə məişət qazının sızması nəticəsində yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub. Hadisə nəticəsində, ilkin məlumata əsasən, 1 nəfər xəsarətlərlə xəstəxanaya aparılıb. Partlayış dalğasının təsirindən mənzilin 1 otağının pəncərə çərçivəsi yerindən çıxıb, giriş qapısına ziyan dəyib.

FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir