Avqustun 9-da gecəyarısı birgə bəyanat olacaq

Bakı vaxtı ilə avqustun 9-da gecə yarısı Ağ Evdə ABŞ, Azərbaycan və Ermənistan liderlərinin birgə bəyanatı gözlənilir.

turaninsesi.az” xəbər verir ki, ilkin proqrama əsasən, ABŞ prezidenti Donald Tramp əvvəlcə Ermənistanın baş naziri Nikol Paşinyanla (Bakı vaxtı ilə 22:30) görüşəcək. Bundan sonra saat 23:20-də Azərbaycan prezidenti İlham Əliyevlə görüş başlayacaq. Gecə yarısı birgə bəyanatın veriləcəyi gözlənilir.

Ağ Evin jurnalistləri tərəfindən internetə sızdırılan iş məktubunda ayrıca üçtərəfli görüşün keçirilməsindən bəhs edilmir. 

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI