Son 5 ildə Azərbaycanda vəkillərin sayı 2,5 dəfə artıb
Son 5 ildə Azərbaycanda vəkillərin sayı 2,5 dəfə artıb.
“Turanın səsi” in xəbərinə görə, bu barədə Vəkillər Kollegiyası (VK) üzvlərinin konfransında nümayiş olunan Kollegiyanın 2017-2022-ci illərdəki fəaliyyətini özündə əks etdirən hesabat filmində yer alıb.
Qeyd edilib ki, 2018-ci ildən başlayaraq Azərbaycan VK tərəfindən ölkəmizdə vəkillərin sayının artırılması üzrə genişmiqyaslı işlər görülməsinə başlanılıb: “Vəkilliyə test üsulu ilə qəbulun 2004-cü ildən başladığını nəzərə alaraq qeyd olunmalıdır ki, 2004-2018-ci illərdə beş yazılı test imtahanı keçirilməklə vəkillərin sayı 931 nəfər təşkil edib. Son 5 il ərzində isə 10 yazılı test imtahanı keçirilib və vəkillərin sayı 2,5 dəfə artaraq 2267 nəfərə çatıb. Vəkillik fəaliyyətini davam etdirən Kollegiya üzvlərinin hazırkı sayı 2 240 nəfər təşkil edir. Nəticə etibarilə gənc vəkillərin sayı artaraq vəkillik xeyli cavanlaşıb”.
Bildirilib ki, vəkillərin 54 faizinin yaşı 40-dan yuxarı, qalan hissəsi isə 40 yaşadəkdir: “Hazırda ölkədə 1 836 kişi, 404 qadın vəkil var. Ölkə üzrə vəkillərin 1770 nəfəri Bakıda, 470 nəfəri isə rayonlarda fəaliyyət göstərir. Beləliklə, həm qadın vəkillərin, həm də regionlardakı vəkillərin sayı dəfələrlə artıb”.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09