İmamoğlu xəstəxanaya yerləşdirildi

Silivri Həbsxanasında saxlanılan İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlu səhhətində yaranan problemlə əlaqədar olaraq xəstəxanaya aparılıb.

turaninsesi.az” Türkiyə mətbuatına istinadən  xəbər verir ki, İmamoğlu belindəki ağrılar səbəbilə müayinə olunub.

Xəstəxanada lazımi müayinələrdən keçən İmamoğlu daha sonra Silivri Həbsxanasına qaytarılıb. İmamoğlunun vəziyyəti ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI