İlham Əliyev Rusiya prezidentinə başsağlığı verdi

Prezident İlham Əliyev təyyarə qəzasında çoxsaylı insanın həlak olması ilə bağlı Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib.

turaninsesi.az” xəbər verir ki, başsağlığı mətnində deyilir:

Hörmətli Vladimir Vladimiroviç. 

Amur vilayətində “An-24” sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni dərindən kədərləndirdi.

Bu faciə ilə əlaqədar olaraq, şəxsən öz adımdan və Azərbaycan xalqı adından Sizə, həlak olanların ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.