Zəngilanda 1 tona yaxın yabanı çətənə bitkisi məhv edilib

Zəngilan rayonun Şayıflı kəndi ərazisində yabanı halda bitən 1 tona yaxın yabanı çətənə bitkisi məhv edilib.
Bu barədə “turaninsesi.az“-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları Dövlət Sərhəd Xidməti ilə birgə “Xaş-xaş 2025” planına uyğun olaraq tədbir keçiriblər. Tədbir nəticəsində yabanı halda bitən 1 tona yaxın 1856 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.
A.PASA.q