Nazir Kəmaləddin Heydərov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşi ilə görüşüb

0

polkovnik Kəmaləddin Heydərov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi ilə görüşüb.

Turanı səsi” xəbər verir ki , Qonağı səmimi salamlayan nazir K.Heydərov Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini xatırladıb. Bu çərçivədə, iki ölkənin uyğun qurumları arasında fövqəladə hallarla mübarizə üzrə əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu qeyd edən nazir müxtəlif səviyyəli qarşılıqlı səfərlərin və keçirilən görüşlərin münasibətlərin inkişafına faydalı təkan verdiyini vurğulayıb.

Nazir daha sonra səfirə Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti, fövqəladə halların idarə edilməsi üzrə görülən işlər haqqında ətraflı məlumat verib, iki ölkənin uyğun qurumları arasında təcrübə mübadiləsinin aparılması məqsədilə birgə təlim və seminarların keçirilməsinin əhəmiyyətini vurğulayıb. Həmçinin, Birləşmiş Ərəb Əmirliklərinin fövqəladə halların idarə edilməsinə məsul qurumlarının əməkdaşlarının Azərbaycan FHN-in Akademiyasında təhsil imkanları da qeyd edilib.

Səmimi görüşə görə təşəkkürünü bildirən səfir Məhəmməd Əl Bluşi hər iki ölkə arasında mövcud yüksək səviyyəli əməkdaşlıq münasibətləri çərçivəsində fövqəladə halların idarə edilməsi sahəsində aidiyyəti qurumların əlaqələrinin daha da genişləndirilməsinin vacibliyini qeyd edib. Səfir bu istiqamətdə rəhbər və ekspertlər səviyyəsində qarşılıqlı səfərlərin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir