XİN-də yeni idarə yaradıldı

Xarici İşlər Nazirliyində (XİN) struktur dəyişikliyi olub, yeni idarə yaradılıb.

turaninsesi.az” xəbər verir ki, nazirliyin nəzdində İqlim diplomatiyası idarəsi təsis olunub.

İdarəyə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev rəhbərlik edəcək.

Bununla da Yalçın Rəfiyevin rəhbərliyində beş idarə – Beynəlxalq təhlükəsizlik idarəsi, İqtisadi əməkdaşlıq idarəsi, Yaxın Şərq və Afrika idarəsi, Azərbaycan Respublikasının beynəlxalq inkişafa yardım idarəsi fəaliyyət göstərəcək.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI