İran Qətərdəki ABŞ bazalarına raket zərbəsi endirdi

İran Qətərdəki ABŞ bazalarına 6 raket atıb.
“turaninsesi.az” xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Eyni zamanda, ABŞ-nin İraqdakı bazaları da hədəfdədir. Bildirilir ki, Doha səmasında hava hücumundan müdafiə sistemləri işə düşüb.
İranın dövlət televiziyası xəbəri təsdiqləyərək qeyd edib ki, İran Qətərdəki ABŞ bazalarına qarşı “Bəşarat əl-Fəth” əməliyyatına başlayıb.
Qeyd olunur ki, zərbə ABŞ Koalisiyasının Hava Əməliyyatları Mərkəzinin yerləşdiyi Əl-Udeyd Hərbi Hava Qüvvələri bazasına endirilib.