İran beynəlxalq aləmə çağırış etdi

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-nin ölkəsinə hücumlarının dayandırılması üçün beynəlxalq aləmə çağırış edib.
“turaninsesi..az” xəbər verir ki, A.Əraqçi Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyası çərçivəsində keçirilən toplantıdan sonra təşkil edilən mətbuat konfransında belə çağırışla çıxış edib.
Nazir ABŞ-nin İranın nüvə mərkəzlərini hədəf almasının böyük təhlükə olduğunu bildirib. O, hücumlar bitməyənə qədər diplomatik danışıqların çətinliyini də qeyd edib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI