Ərdoğan Əraqçini qəbul etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda İranın xarici işlər naziri Abbas Əraqçini qəbul edib.
“turaninsesi.az” gdh-yə istinadla xəbər verir ki, tərəflər regiondakı vəziyyəti müzakirə ediblər.
Xatırladaq ki, iyunun 21-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyası keçirilib. Toplantıda İsrail-İran müharibəsi müzakirə olunub.