4 tondan artıq çətənə kolu məhv edildi

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 14-ü və 15-də ümumi çəkisi 60,2 kiloqramdan artıq narkotik vasitə, 326 ədəd psixotrop tərkibli həb və kultivasiya yolu ilə yetişdirilmiş 606 ədəd çətənə kolu götürülüb.

Bu barədə “turaninsesi.az“-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yabanı halda bitmiş 4,6 ton çəkidə 4263 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI