Çörək maşını ilə narkokuryerlik edən şəxs tutuldu

Marketlərə çörək payladığı avtomobillə narkotiklərin də dövriyyəsini təşkil edən şəxsi polis saxlanılıb.

Bu barədə “turaninsesi.az” – a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

Xəzər rayonunda yaxalanan 37 yaşlı Bəhruz Şükürovun evindən 14 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

Saxlanılan şəxs kamuflaj olunmaq məqsədi ilə mağazalara çörək daşıdığı avtomobili ilə narkotiklərin ünvanlara çatdırılmasını təşkil edib.

Faktla bağlı cinayət işi başlanılıb, Bəhruz Şükürov həbs oluub.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI