Milli Məclisin sədri Sahibə Qafarova Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova iyunun 4-də Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin ilə görüşüb.
Bu barədə ” turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Görüşdə Azərbaycan ilə Pakistan arasında mövcud olan strateji əlaqələrin dostluq və qardaşlıq əsasında inkişafından məmnunluq ifadə edilib.
Spiker Sahibə Qafarova ötən həftə Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərifin ölkəmizə səfəri, dövlət başçılarının Azərbaycanın işğaldan azad olunmuş Laçın şəhərinə səfəri və burada Azərbaycan-Pakistan-Türkiyə Üçtərəfli Zirvə Görüşünün keçirilməsini məmnunluqla xatırladaraq, bildirib ki, bu görüş ortaq dəyərləri bölüşən ölkələrimiz arasında qardaşlığın və dostluğun növbəti bariz təzahürüdür. Bu Zirvə görüşündə qəbul edilmiş qərarlar dost və qardaş ölkələrimizin ən müxtəlif sahələrdə əməkdaşlığında yeni mərhələ təşkil edəcək.




⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI