Fransada Quran yandırıldı

Fransanın Lion şəhərinin Villerban qəsəbəsində polis Quranın yerli məsciddən oğurlanaraq yandırılması ilə bağlı istintaqa başlayıb.

Fransanın Lion şəhərinin Villerban qəsəbəsində polis Quranın yerli məsciddən oğurlanaraq yandırılması ilə bağlı istintaqa başlayıb.

turaninsesi.az” AFP-yə istinadən xəbər verir ki, məscid nümayəndələri hadisənin gecə baş verdiyini bildiriblər.

İnsident zamanı naməlum kişi ibadət zalına daxil olub və bir möminin əlindən Quran nüsxəsini qopararaq aparıb.

Daha sonra o, Quranı yandıraraq, yanmış qalıqları küçəyə atıb və qaçıb.

Villerban meri Sedrik Van Stivendel bu hadisəni “islamofobiya aktı” adlandıraraq pisləyib və məscidin camaatına dəstəyini ifadə edib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI