İranda İsrail casusu edam olundu

İranda İsrailin nəfinə casusluq edən Pedram Mədəni edam olunub.
“turaninsesi.az” Mizan-a istinadla xəbər verir ki, o, 2020-ci ildə Tehranda həbs olunmuşdu.
Mədəni həbs olunmazdan əvvəl İrandan kənara, Almaniyaya səfər etmiş və “Mossad”ın təlim kurslarını keçdikdən sonra İranda məxfi məlumatları toplamaqla məşğul olub.
Müxtəlif ölkələrdə xidmət zabiti ilə keçirdiyi bir neçə görüşdən birində Pedram Mədəni İsrailin Brüsseldəki səfirliyində birbaşa xidmətdə olan zabiti ilə görüşüb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI