Ukrayna sülhün bağlanması üçün şərtlərini ABŞ-yə təqdim etdi

ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq bildirib ki, Vaşinqton Rusiya ilə münaqişənin nizamlanması üçün Ukraynadan şərtlərin siyahısını alıb.
“turaninsesi.az” xəbər verir ki, bu barədə Kelloq “Fox News” telekanalına müsahibəsində məlumat verib.
“Biz onu Ukrayna tərəfindən almışıq. Rusiya tərəfindən də almalıyıq. Sonra onları birləşdirəcəyik”, – deyə o qeyd edib.
Xüsusi nümayəndə, həmçinin bildirib ki, iki sənəd üzərində iş aparıldıqdan sonra danışıqların növbəti raundu baş tutacaq: “Düşünürük ki, növbəti görüş Cenevrədə ola bilər”.