İsrail səfirliyinin əməkdaşları güllələndi

Vaşinqtonda Paytaxt Yəhudi Muzeyinin qarşısında bir kişi və bir qadın güllələnərək öldürülüb. Ölənlər İsrail səfirliyinin əməkdaşlarıdır.
“turaninsesi.az” xəbər verir ki, bunu ABŞ-ın daxili təhlükəsizlik üzrə katibi Kristi Noem açıqlayıb. Hazırda hadisənin detalları məlum deyil.
Hüquq-mühafizə orqanları araşdırma aparır.
Qeyd edək ki, hadisənin baş verdiyi muzey Federal Təhqiqatlar Bürosunun Vaşinqton Ofisinin yanında yerləşir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI