Mirzoyan Rusiya ilə əlaqələr genişləndiriləcək

Ermənistan Rusiya ilə uzunmüddətli və qarşılıqlı faydalı tərəfdaşlığa sadiqdir.

turaninsesi.az” xəbər verir ki, bunu xarici işlər naziri Ararat Mirzoyan bildirib.

O, rusiyalı vəzifədaşı Sergey Lavrovla görüşündə İrəvan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiya, parlamentlərarası komissiya və digər birgə platformalar çərçivəsində Rusiya ilə əməkdaşlığın dərinləşməsində maraqlı oldunu vurğulayıb.

Mirzoyan bildirib: “Mən xalqlarımızın və dövlətlərimizin maraqlarına cavab verən səmərəli siyasi dialoqu və qarşılıqlı faydalı əməkdaşlığı davam etdirməyə hazır olduğumuzu bir daha təsdiq edirəm”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI