Sahibə Qafarova: “Fransa Milli Assambleyasının qətnaməsi qərəzli, qeyri-obyektiv, ədalətsiz aktdır”

Fransa Milli Assambleyasının noyabrın 30-da qəbul etdiyi qətnamə qərəzli, qeyri-obyektiv, ədalətsiz aktdır”.

Turanın səsi ” xəbər verir ki, bunu Milli Məclisin spikeri Sahibə Qafarova parlamentin dekabrın 2-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, qətnamə çirkin niyyətli olmaqla, ərazi bütövlüyümüzü hədəf almaqla yanaşı, beynəlxalq hüquq normalarına açıq şəkildə hörmətsizlikdir: “Qətnaməni qəti şəkildə rədd edir və bu addımı siyasi riyakarlıq kimi qiymətləndiririk”.

S.Qafarova bildirib ki, Fransa Senatının və Milli Assambleyanın qəbul etdiyi qətnamələr aydın şəkildə həmin ölkənin qanunvericilik orqanlarının siyasi avantüra meydanına çevrildiyini göstərir: “Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın işğalı dövründə münaqişənin dinc yolla həlli heç bir nəticə verməyib”.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir