HEYDƏROV rəisi təqaüdə göndərdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şamaxı Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi işdən çıxarılıb.

turaninsesi.az”  xəbər verir ki, 2009-cu ildən sözügedən qurumun rəisi vəzifəsini tutan daxili xidmət polkovnik-leytenantı Eyvaz İbrahimov vəzifəsindən azad olunaraq təqaüdə göndərilib.

Onun yerinə daxili xidmət mayoru Alim Zahidov təyin edilib. O, bundan əvvəl Ağsuda FHN-in texnikalar üzrə rəisi olub.

Bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI