“Qalatasaray” 25-ci dəfə Türkiyə çempionu oldu

“Qalatasaray” 25-ci dəfə Türkiyə çempionu olub.
“turaninsesi.az” xəbər verir ki, bu, “cim-bom” 36-cı turda doğma meydanda “Kayserispor”la qarşılaşıb.
“Sarı-qırmızılar” rəqibini məğlub edərək çempionluğunu rəsmiləşdirib – 3:0.
Xallarının sayını 89-a çatdıran İstanbul klubu əzəli rəqibi “Fənərbağça” üçün əlçatmaz olub.