Bu gün Azərbaycan derbisi keçiriləcək

Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XVI tura start veriləcək.

Turanın səsi” in məlumatına görə, günün yeganə matçında “Neftçi” “Qarabağ”ı qəbul edəcək.

“Bakcell Arena”dakı qarşılaşma saat 21:00-da start götürəcək. “Ağ-qaralar” 32 xalla üçüncü pillədə qərarlaşıb. Lider “Qarabağ”ın 41 xalı var.

Bu, ölkə çempionatları tarixində 89-cu Azərbaycan derbisi olacaq. Əvvəlki matçların 35-də “köhlən atlar”, 23-də paytaxt təmsilçisi qələbə qazanıb. 30 görüşdə heç-heçə qeydə alınıb. Topların nisbətində isə “Neftçi”nin aşkar üstünlüyü var – 107:80. “Qarabağ” çempionatdakı son beş oyunda rəqibinə qalib gəlib. Əvvəlki üç qarşılaşmada hər iki komanda qol vurub.

Azərbaycan Premyer Liqası

XVI tur

21:00. “Neftçi” – “Qarabağ”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
VAR: Əliyar Ağayev
AVAR: Nicat İsmayıllı
Hakim-inspektor: Ömər Paşayev
“Bakcell Arena”

Qeyd edək ki, XVI turun “Qəbələ” – “Səbail” və “Sabah” – “Şamaxı” oyunları dekabrın 3-də, “Kəpəz” – “Sumqayıt”, “Zirə” – “Turan Tovuz” görüşləri dekabrın 4-də olacaq.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir