“Barselona” 28-ci dəfə La Liqanın çempionu oldu
“Barselona” vaxtından əvvəl çempionluğunu elan edib.
“turaninsesi.az” xəbər verir ki, Kataloniya təmsilçisi “Espanyol” səfərində qələbə qazanmaqla sona 2 tur qalmış çempionluğunu rəsmişləşdirib – 0:2.
Qeyd edək ki, bu, “Barselona”nın 28-ci çempionluğudur. Komanda sonuncu dəfə 2022/2023 mövsümündə birinciliyi əldə etmişdi.