Putin Pezeşkianla danışdı – Nələr müzakirə olundu?

Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Məsud Pezeşkian arrasında telefon söhbəti olub.
“turaninsesi.az” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Tərəflər Omanın vasitəçiliyi ilə İran və ABŞ arasında İranın nüvə roqramı üzrə danışıqların gedişatı barədə fikir mübadiləsi aparıblar.
Prezidentlər yanvarın 17-də Pezeşkyanın Rusiyaya rəsmi səfəri zamanı imzalanmış iki ölkə arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi əsasında Rusiya-İran əməkdaşlığının daha da inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.
“Qarşılıqlı faydalı ticarət və investisiya əlaqələrinin, o cümlədən nəqliyyat və enerji sektorunda iri birgə layihələrin həyata keçirilməsi yolu ilə genişləndirilməsinə xüsusi diqqət yetirilib”.
Bundan əlavə, Putin aprelin 26-da Şəhid Rəcai limanında baş vermiş partlayış nəticəsində insan tələfatı ilə bağlı bir daha başsağlığı verib: “Məsud Pezeşkian öz növbəsində Rusiya Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərinin yüksək peşəkarlığını qeyd edərək, bu fəlakətin nəticələrinin aradan qaldırılmasında operativ köməyə görə Rusiya tərəfinə təşəkkür edib”.
Kremlin məlumatında bildirilir: “İran prezidenti, həmçinin Vladimir Putini və bütün Rusiya vətəndaşlarını Böyük Vətən müharibəsində Qələbənin 80-ci ildönümü münasibətilə ürəkdən təbrik edib”.
Prezidentlər xarici siyasət sahəsində Rusiya-İran praktiki əməkdaşlığını və koordinasiyasını hərtərəfli gücləndirmək üçün birgə işi aktivləşdirmək barədə razılığa gəliblər.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI