Milli Məclisdə “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda elmi-praktik konfrans keçirilib
Aprelin 24-də Milli Məclisdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusuna həsr edilən elmi-praktik konfrans keçirilib.
Bu barədə ” turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Konfransa moderatorluq edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli tədbiri açaraq iştirakçıları salamlayıb və tədbirin keçirilməsi üçün lazımi şərait yaratdığına görə parlamentin rəhbərliyinə təşəkkürünü ifadə edib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Konstitusiyamızın müstəqil dövlətçiliyimizin təşəkkülündə və hüquqi cəmiyyət quruculuğunda rolunu yüksək dəyərləndirib, dövlətimizin əsas qanununun qəbulunda Ulu Öndərin müstəsna xidmətlərini vurğulayıb. Konstitusiya quruculuğunun sonrakı dövrlərdə də inkişaf edib məhkəmləndiyini deyən komitə sədri bugünkü konfransda Konstitusiyanın hazırlanması, qəbulu və sonrakı illərdə keçdiyi inkişaf yolu ilə bağlı məruzələrin təqdimatının və müzakirəsinin keçiriləcəyini diqqətə çatdırıb və sözü Milli Məclis sədrinin müavini, hüquq elmləri doktoru, professor Ziyafət Əsgərova təqdim edib.



⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI