Milli Məclisdə “Cənubi Qafqazda sabitliyə “sülh missiyası” adlı hibrid hücum” mövzusunda ictimai müzakirə və eyni adlı xüsusi araşdırma sənədinin təqdimatı keçirilib

Aprelin 24-də Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının “Cənubi Qafqazda sabitliyə “sülh missiyası” adlı hibrid hücum” mövzusunda ictimai müzakirəsi keçirilib.

Bu barədə ” turaninsesi.az“-a  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

İclasda Milli Məclisin deputatları, media və beyin mərkəzlərinin nümayəndələri, vətəndaş cəmiyyətinin təmsilçiləri, ekspertlər və digər rəsmi şəxslər iştirak ediblər.
İclası açan müvəqqəti komissiyanın sədri Ramid Namazov diqqətə çatdırıb ki, Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyəti ilə bağlı keçirilən ictimai müzakirə Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın tapşırığı əsasında təşkil olunub.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI