DÇ-2022: Bu gün 1/8 finalın daha 4 iştirakçısı bəlli olacaq
Qətərdə təşkil olunan dünya çempionatında bu gün daha 2 qrupda mübarizəyə yekun vurulacaq.
“Turanın səsi “in məlumatına görə, bununla da 1/8 finalın daha 4 iştirakçısı bəlli olacaq.
E qrupunda İspaniya millisi Yaponiya ilə, Almaniya yığması isə Kosta Rika ilə qarşılaşacaq. Bu qrupda hər bir ölkənin pley-off şansı davam edir.
F qrupunda isə Kanada Mərakeşi, Xorvatiya Belçikanı sınağa çəkəcək. Şimali Amerika təmsilçisinin mundialla vidalaşması dəqiqləşib. Digər 3 yığma isə 1/8 finala 2 vəsiqə uğrunda mübarizə aparacaq.
DÇ-2022
Qrup mərhələsi, III tur
1 dekabr
E qrupu
23:00. Kosta Rika – Almaniya
23:00. Yaponiya – İspaniya
Xal durumu: İspaniya – 4, Yaponiya – 3, Kosta Rika – 3, Almaniya – 1
F qrupu
19:00. Kanada – Mərakeş
19:00. Xorvatiya – Belçika
Xal durumu: Xorvatiya – 4, Mərakeş – 4, Belçika – 3, Kanada – 0.
Qeyd edək ki, daha əvvəl Fransa, Avstraliya, Niderland, Seneqal, İngiltərə, ABŞ, Portuqaliya, Braziliya, Argentina və Polşa yığmaları 1/8 finala vəsiqə qazanıblar.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09