Azərbaycana narkotik nəqli: Sərhəddə 2 nəfər saxlanıldı

Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxslər saxlanılıb.
“turaninsesi.az” xəbər verir ki, “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində sahibsiz halda 10-ER-545 dövlət qeydiyyat nişanlı “VAZ-2106” markalı nəqliyyyat vasitəsi aşkar edilib.
Əllərində bağlama ilə avtomobilə yaxınlaşan Ağdam rayon sakinləri – 1989-cu il təvəllüdlü Taleh Məmmədov və 1991-ci il təvəllüdlü Əhəd İsmayılov saxlanılıb.
Bağlamaya baxış zamanı ümumi çəkisi 5 kiloqram 800 qram narkotik vasitə marixuana götürülüb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI