Mirzoyan: Ankara Bakı və İrəvanı yaxınlaşdıra bilər
Türkiyə iki tərəfin – Ermənistan və Azərbaycanın, məsələn, liderlər səviyyəsində yaxınlaşmasında konstruktiv rol oynaya bilər.
“turaninsesi.az” xəbər verir ki, bunu Türkiyə mətbuatına müsahibəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Mənə elə gəlir ki, Türkiyənin ictimai mövqeyi ondan ibarətdir ki, həll prosesimiz yaxşı gedir. Bu, mənim şəxsi rəyimdir.
Mən Türkiyə rəsmilərinin bəyanatlarını sözbəsöz sitat gətirmirəm, amma ümumi təəssüratım odur ki, Türkiyə deyir ki, bəli, ikitərəfli prosesimiz yaxşı gedir, lakin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması tam reallaşana qədər bunu tam başa çatdıra bilməyəcəyik.
Təsəvvürümüz və şəxsi fikrimdir ki, əgər Ermənistan-Türkiyə münasibətlərini tam şəkildə normallaşdıra bilsək, bu, şübhəsiz ki, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasına müsbət təsir göstərəcək. Amma hər kəsin öz cavabı və yanaşması və bəli, bu məsələdə müxtəlif fikirlər var. Amma sual verdiniz: Türkiyə müsbət rol oynaya bilərmi? Şübhəsiz, bəli”
Mirzoyan əlavə edib: “Hazırda üç ölkənin birgə görüşü ilə bağlı heç bir razılaşma və ya proqram yoxdur, lakin bir sıra müzakir gedir. Ümid edirik ki, bu proses müsbət nəticə verəcək”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI