AYP-in Başkanı Anar Əsədli : Rusiya da, digər qonşularımız da hörmətə layiqdir, ancaq bizə hörmət etdiyi qədər

0

Azərbaycan Müdafiə Nazirliyi son günlərdə Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya hərbi kontingentinin Azərbaycan yer adlarının qondarma erməni adlarıyla göstərilməsi ilə bağlı ard-arda 4 dəfə bəyanatla Rusiyaya etirazını bildirdi.

Turanın səsi ” xəbər verir ki , Partiya sədri Anar Əsədli fikirlərinində , Gündəm nə olur, olsun, bütün zamanların aktual sualı Rusiya ilə bağlıdır: “Rusiyanın caynağından necə qurtulaq?” deyə vurğulayıb.

2-ci əsas və düşündürücü sual isə budur: “Rusiyanın əbədi müttəfiqi İranın məkrindən necə qorunaq və oradakı soydaşlarımızı necə qoruyaq?”

Rəsmi Moskvanın pəncəsindən qurtulmağın yolu azad seçki və demokratiyadan keçir. Təhlükəni adlamağın ən doğru yolu xalqın dəstəyini alan parlamentin mövcud olmasıdır.

Xalqın iradəsini əks etdirən parlament güclü bir qüvvədir. Ölkəni istənilən yerdə təmsil edən və sözünü deyən gücdür.

İkincisi isə, xalqımızı aparılan bu təbliğatdan yan keçirməliyik: “Rusiya qonşumuzdur, yaxşı davranmaq məcburiyyətindəyik. Başımıza vurulan təpiyə şükür edək ki, daha bərk dəyməsin”. Bu, işğal psixologiyasının təzahürü, kölə təfəkkürüdür. Bu təbliğatın təsirinə düşmək olmaz.

Üçüncüsü isə, qonşuluq və diplomatik münasibətlərin necə qurulması məsələsidir. Rusiya da, digər qonşularımız da hörmət və sayğıya layiqdir, ancaq bizə hörmət etdiyi qədər…

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir