AŞPA-nın komitə iclaslarında
Dekabrın 1-də və 2-də Fransanın paytaxtı Paris şəhərində Avropa Şurası Parlament Assambleyasının Bərabərlik və qeyri-diskriminasiya, Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitələrinin iclasları keçiriləcək. AŞPA-nın komitə iclaslarında Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri Sevinc Fətəliyeva və Könül Nurullayeva iştirak edəcəklər.
Milli Məclisin deputatı Könül Nurullayeva AŞPA-nın dekabrın 1-də keçiriləcək Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında iştirak edəcək.
İclasda “Nifrətə yox!” Parlament Alyansının, “Zorakılıqdan azad qadınlar” Parlament Şəbəkəsinin fəaliyyəti nəzərdən keçiriləcək, gender zorakılığı hallarının qarşısının alınması, parlament fəaliyyətində, iqtisadi və siyasi həyatda inklüziv iştirakçılığın dəstəklənməsi kimi aktual mövzular və digər məsələlər müzakirə ediləcək, müvafiq qərarlar qəbul olunacaq.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva AŞPA-nın dekabrın 2-də keçiriləcək Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin iclasında iştirak edəcək.
İclasda silahlı münaqişələrin ətraf mühitə təsiri, cəmiyyətin sağlamlığı ilə bağlı fövqəladə vəziyyətlər, təbii fəlakətlərin qarşısının alınmasında siyasi strategiyalar, uşaqların internetin zərərli təsirlərindən müdafiəsi kimi mövzular müzakirə olunacaq.
Deputatlarımız tədbirlərdə müzakirə olunan məsələlərə öz münasibətlərini bildirəcəklər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09