Ermənistan səfiri Xətibzadə ilə görüşdü

Ermənistan və İran əlaqələrin inkişaf perspektivlərini müzakirə ediblər.

turaninsesi.az” Armenian News-a istinadla xəbər verir ki, Ermənistanın İrandakı səfiri Qriqor Akopyan İslam Respublikası XİN-in Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin (SBAM) direktoru Səid Xətibzadə ilə görüşüb.

Həmsöhbətlər ekspertlər səviyyəsində dialoqun daha da genişləndirilməsinin vacibliyini qeyd ediblər. Ermənistan XİN-in Diplomatik Məktəbi ilə SBAM arasında mövcud əməkdaşlıqdan bəhs edilib, birgə proqramların təşkili və təcrübə mübadiləsi imkanları müzakirə edilib.

Görüşdə arxiv sənədlərinin mübadiləsi sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.