Paşinyan: Azərbaycanla müharibə üçün əsas yoxdur

Azərbaycan və Ermənistan arasında müharibə olmayacaq – bunun üçün heç bir əsas yoxdur, sülh olacaq.

turaninsesi.az” Armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentində bildirib.

O əmindir ki, həm Ermənistan, həm də Azərbaycan xalqı sülh içində yaşamağa layiqdir.

Baş nazir sülh gündəliyini təhlükə altına qoya biləcək bəyanatlar verməməyə çağırıb.