Bu ölkə LGBT hüquqlarını məhdudlaşdırır

Macarıstan parlamenti cinsi azlıqların hüquq və imkanlarını qismən məhdudlaşdıran qanun layihəsini qəbul edib. Sözügedən ölkə analoji məsələ ilə bağlı qanun layihəsi qəbul edən sayda 7-ci Şərqi Avropa ölkəsi olub.

turaninsesi.az” xəbər verir ki, 2010-cu ildən bəri hakimiyyətdə olan sağçı baş nazir Viktor Orban 2026-cı ildə keçiriləcək seçkilərdə mühafizəkar kütlənin səslərini qazanmağı hədəfləyir. Macar parlamentində olan deputatlardan 140-ı qanun layihəsinin lehinə, 21 nəfəri isə əleyhinə səs verib.

Qeyd edək ki, Avropanın qərbindən fərqli olaraq, şərqində LGBT və LGBTQ+ nümayəndələrinin yaşam imkanları xeyli məhduddur.