Lavrov və Hakan Fidan Antalyada görüşdülər

Türkiyə xarici işlər naziri Hakan Fidan IV Antalya Diplomatik Forumu çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşüb. Onlar görüşdə ikitərəfli münasibətləri, Ukraynada nizamlanmanı və Qara dənizdə gəmiçiliyin təhlükəsizliyini müzakirə ediblər.
“turaninsesi.az” xəbər verir ki, bu barədə “Türkiye Gazetesi” məlumat yayıb.
“Görüşdə ikitərəfli münasibətlər qiymətləndirilib. Energetika sahəsində əməkdaşlıq məsələləri, Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi problemləri və Rusiya ilə Ukrayna arasında müharibədə atəşkəsə nail olmaq üçün səylər müzakirə edilib”, – deyə mənbədən vurğulanıb.
Bildirilir ki, həmçinin Suriyada cari hadisələr və Qəzza sektorunda vəziyyət müzakirə olunub.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI