İlham Əliyev Türkiyədə səfərdədir

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti iləTürkiyəyə işgüzar səfəri başlayıb.

turaninsesi.az” xəbər verir ki, o, 4-cü Antalya Diplomatik Forumunda iştirak edəcək.

Forum Türkiyə XİN-in təşəbbüsü ilə 2021-ci ildən keçirilir.

“Parçalanmış dünyada diplomatiyanın bərpası” (Reclaiming Diplomacy in a Fragmented World) mövzusuna həsr olunmuş IV Antalya Diplomatik Forumu 11-13 aprel tarixlərində baş tutacaq Forumda müxtəlif ölkələrdən 250-yə yaxın iştirakçı qeydiyyatdan keçib. Onların arasında dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, vitse-prezidentlər, xarici işlər nazirləri və xarici siyasət məsələləri ilə məşğul olan siyasətçilər, dövlət xadimləri yer alır.