Pezeşkian: Ali Rəhbərin amerikalı investorlara etirazı yoxdur

“Biz atom bombası axasınca getmirik. Bu ölkəni Ali Rəhbərdən başqa kim idarə edə bilər? O, rəsmi olaraq atom bombası hazırlamağın haram olmasına dair fətva verib. Amma onlar (Qərb – red.) daim İranın atom bombası axtarışında olduğunu iddia edirlər”.

turaninsesi.az” ISNA-ya istinadla xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian deyib.

O, sözünə bu sözlərlə davam edib: “Biz müharibə tərəfdarı deyilik, lakin hər bir təcavüzə qarşı bilik və qüvvətlə möhkəm dayanacağıq. Nə qədər çox vursalar, nə qədər hədələyirlərsə, bir o qədər güclənirik.

Mən hər həftə Ali Rəhbərin xidmətində oluram. Ali Rəhbərin ölkədəki amerikalı investorlara etirazı yoxdur. Qoy sərmayə qoysunlar. Onların konspirasiyası və yanlış siyasətləri ilə bağlı problemimiz var. İran sui-qəsd yeri deyil. Onlar məlumat alır, sonra da insanlara sui-qəsd edirlər.

Rəhbərlik danışıqlara hazır olduğumuzu söylədi, lakin birbaşa deyil, etibar etmədiyimiz üçün. Biz vasitəçilər hesabına və ləyaqətlə danışıqlar aparırıq. Nüvə bombası axtarmadığımıza dair hər cür zəmanət verəcəyik”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI