Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin dördüncü konfransı keçirilib
Özbəkistanın paytaxtı Daşkənd şəhərində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin dördüncü konfransı keçirilib.
Bu barədə ” turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
“Bandunq Ruhunun 70 İlliyinin qeyd olunması: Bandunq prinsiplərinin dəstəklənməsində parlamentlərin rolu” mövzusuna həsr olunmuş konfransa Milli Məclisin və Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova sədrlik edib.
Azərbaycan parlamentinin spikeri Sahibə Qafarova tədbirin açılışındakı çıxışında bu tədbirin təşkilində göstərdikləri həmrəylik və dəstəyə görə Parlamentlərarası İttifaqın prezidenti Tulia Aksona, təşkilatın baş katibi Martin Çunqonqa və Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayevaya təşəkkürünü bildirib.
Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin 4-cü Konfransının Bandunq Bəyannaməsinin qəbulunun ildönümünə təsadüf etməsi baxımından da əlamətdar olduğunu deyən spiker Sahibə Qafarova vurğulayıb ki, bu ay Qoşulmama Hərəkatının yaradılmasının əsasını qoyan Bandunq prinsiplərinin 70 illiyi qeyd olunur. Ötən illər göstərir ki, Bandunq prinsipləri heç vaxt öz etibarlılığını itirməyib. Əksinə, beynəlxalq münasibətlərdəki mövcud proseslər göstərir ki, Bandunq prinsipləri bu gün üzləşdiyimiz mürəkkəb çağırışlarla mübarizə üçün hərəkətverici qüvvə kimi qəbul edilməlidir. Suverenlik, ərazi bütövlüyü, bərabərlik, daxili işlərə qarışmamaq, ədalətə hörmət və beynəlxalq öhdəliklər kimi prinsiplərə ciddi əməl olunması bütün xalqların dinc yanaşı yaşaması və daha yaxşı gələcək naminə səmərəli əməkdaşlığı üçün vacibdir.




⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI