Siyavuş Novruzov: “Yeni qanun layihəsi siyasi fəaliyyətlə məşğul olmaq istəyən bütün insanların tələblərinə cavab verir”

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi gələcəkdə fəaliyyət göstərəmək istəyən bütün siyasi partiyalar üçün bərabər, azad, şəffaf şəkildə fəaliyyət istiqamətini ortaya qoyur. Konseptual baxımdan qanun layihəsi siyasi fəaliyyətlə məşğul olmaq istəyən bütün insanların tələblərinə cavab verir”.

Deputat Siyavuş Novruzov parlamentin noyabrın 29-da keçirilən plenar iclasında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin l oxunuşda müzakirəsi zamanı çıxışında deyib.

Turanın səsi” xəbər verir ki , Onun sözlərinə görə, Azərbaycanda siyasi sistemin formalaşması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır:

“Məhz onun hakimiyyətə gəlişindən sonra Azərbaycanda çoxpartiyalı sistem əsasında seçkilər keçirilib. Onun fəaliyyəti dövründə siyasi partiyaların hər biri üçün şərait yaradılıb. Prezident İlham Əliyevin fəaliyyəti dövründə də bu, daha geniş şəkildə inkişaf edir”.

“Əvvəlki qanun qəbul ediləndə Azərbaycanda siyasi partiyalar zərurətdən yox, dəbdən ötrü yaradılırdı. Biri partiya yaradanda adını ya qərbdən, ya da şərqdən götürürdü. Siyasi partiyanın mahiyyəti nədən ibarətdir, ortada heç nə yox idi. Bəziləri silahlı qüvvələr saxlayırdı, bəziləri dövlət çevrilişlərinə cəhdlərlə məşğul idi. Siyasi partiyanın funksiyası məhz bugünkü qanun layihəsində qoyulan tələblər əsasında deyil, özlərinin düşündüyü, bildiyi və arzuladığı istiqamətdə həyata keçirilirdi. Qanunun indiki kimi tam olması hər bir vətəndaşın, siyasi partiyanın qanun qarşısında bərabər olmasını ortaya qoyur. Bu da vacib amillərdən biridir. Qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmələrlə bağlı dəvətə gəlməyən, iştirak etməyən cəsarəti çatmayan siyasi partiya üzvləri idi. Cəsarətli siyasi partiya rəhbəri gələr fikrini söyləyər. Dinləmələrdə heç kimi güllələmirdilər, tutmurdular. Hamı üçün şərait yaradılmışdı. Qanun layihəsi gözəl hazırlanıb”.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir