Azərbaycan-Venesuela parlament əlaqələri inkişaf edir

Aprelin 3-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov ölkəmizdə səfərdə olan Venesuela Bolivar Respublikası Milli Assambleyasının sədr müavini, Venesuela-Azərbaycan Dostluq qrupunun rəhbəri Amerika Perezin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə ” turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Komitə sədri Sadiq Qurbanov qonaqları salamlayaraq, Azərbaycanla Venesuelanın dostluq əlaqələrindən söhbət açıb. O, hər iki ölkənin neft sənayesi sahəsində böyük təcrübəyə malik olduğunu deyərək, neft-qaz sahəsi ilə yanaşı, bu gün Azərbaycanda bərpa olunan enerji istehsalının sürətlə artdığını bildirib. Hazırda ölkəmizin Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rolunu qeyd edib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI