Əhaliyə vacib XƏBƏRDARLIQ – Bu gün saat 10:46-dan…

Günəşdə güclü partlayış olub
“turaninsesi.az” xəbər verir ki, bu barədə aprelin 1-də Rusiyanın Fedorov adına Tətbiqi Geofizika İnstitutunun saytında məlumat verilib.
“4046 (N02E29) nömrəli günəş ləkələri qrupunun X şüa diapazonunda M5.6 alovu qeydə alınıb”, – deyə məlumatda qeyd edilib.
16 dəqiqə davam edən güclü alışmanın çərşənbə axşamı Bakı vaxtı ilə saat 10:46-da qeydə alındığı bildirilir.
Xatırladaq ki, bir gün əvvəl alimlər günəş aktivliyinin kəskin artdığını bildiriblər. Onların məlumatlarına görə, son dörd gündə ulduzun səthində 50-dən çox alışma baş verib.